12 May 2023, 17:24
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib şəkil
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndə heyəti Ermənistan silahlı birləşmələrinin işğalından azad edilmiş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan bölmələrimizdə olublar.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Sonra nümayəndə heyəti ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan xidməti döyüş və sosial-məişət şəraiti ilə tanış olublar.

Bölmələrimizin arsenalında olan döyüş texnikası ilə tanışlıqdan sonra nümayəndə heyəti, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını və döyüş hazırlığı məşqlərini izləyib.

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən hərbi birliklərin keçdiyi döyüş yolu haqqında qonaqlara brifinq təqdim edilib.

 

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub