Bu gün "Sabah" "Beşiktaş"la qarşılaşacaq

Əziz Əzizli
Bu gün "Sabah" "Beşiktaş"la qarşılaşacaq

Bu gün “Sabah” ilə Türkiyənin “Beşiktaş” komandası arasında yoldaşlıq oyunu keçiriləcək.

"Operativ Media" xəbər verir ki, sözügedən komandalar Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.

Azərbaycanlı hakimlərin idarə edəcəyi matça saat 18:00-da start veriləcək.

Qeyd edək ki, bu matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

Yoldaşlıq oyunu

13 may

18:00. “Sabah” – “Beşiktaş”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Digər xəbərlər