Quru Qoşunları komandanı türkiyəli nümayəndə heyəti ilə görüşüb
Quru Qoşunları komandanı türkiyəli nümayəndə heyəti ilə görüşüb
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-leytenant Ə.Əfəndiyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nazir müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
Görüşdə qardaş ölkə ilə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara Quru Qoşunları Komandanlığının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub.
Sonda Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn türkiyəli nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib.
Son xəbərlər
Fidan: Qəzzada atəşkəsin davamlı olması şərtdir
Azərbaycan Prezidenti Əhməd əl-Şaraanı təbrik edib
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı
Moskvada yaşayan 50 miqrant zəhərlənib
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib