MN: Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilir
MN: Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilir.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Heydər Əliyev adına Hərbi İnstitutda baş tutan açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, o cümlədən Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıb, ordu sıralarında şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində saxlanıldığını qeyd ediblər.
Qoşun növləri və birləşmələri təmsil edən 10 komanda üzrə 56 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparacaq. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayacaqlar.
Qeyd edək ki, birincilik mayın 20-dək davam edəcək.
Son xəbərlər
Fidan: Qəzzada atəşkəsin davamlı olması şərtdir
Azərbaycan Prezidenti Əhməd əl-Şaraanı təbrik edib
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı
Moskvada yaşayan 50 miqrant zəhərlənib
MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib - YENİLƏNİB-2
Şahin Mustafayev və Mher Qriqoryan sərhəddə görüş keçirib