http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edib

17 May 2023 , 17:35
Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edib

17 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşündə çıxış edib.

"Operativ Media" xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini qeyd edib. 

Bu xüsusda, Azərbaycanın hər zaman olduğu kimi konstruktiv dialoqa və birgə fəaliyyətə hazır olduğu diqqətə çatdırılıb.

Çıxış zamanı, öz müstəqilliyini əldə etdiyi andan ərazi bütövlüyünün, suverenliyinin pozulması, hərbi işğal faktı ilə üzləşən bir ölkədən, qlobal təhlükəsizliyə töhfə verən ölkəyə çevrilən Azərbaycanın 30 ilə yaxın davam etmiş münaqişənin bitməsindən sonra bölgədə sülh gündəliyinin təşəbbüskarı olduğu bildirilib.

Nazir Ceyhun Bayramov, regionda sülh və təhlükəsizliyin bərqərar olunması üçün şanslarla zəngin post-münaqişə dövründə danışıqlar prosesi çərçivəsində əldə olunmuş uğurların azlığına baxmayaraq, Azərbaycanın prosesin irəlilədilməsində qərarlı olduğunu, habelə qarşı tərəfdən də eyni yanaşmanı gözlədiyini qeyd edib.

Bununla yanaşı, Azərbaycanın münaqişə nəticəsində fundamental hüquqlarından məhrum olmuş vətəndaşlarımızın öz yurdlarına qayıdışını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı, habelə erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyası istiqamətində əməli tədbirlər istiqamətində niyyət vurğulanıb. 

Bununla yanaşı, Ermənistan tərəfindən mina təhdidinin davam etdirilməsinin və səhih mina xəritələrinin təqdim olunmamasının görülən işlərə maneə törətdiyi diqqətə çatdırılıb.

Nazir eyni zamanda, Ermənistanın 30 illik təcavüzü nəticəsində 4000-ə yaxın itkin düşmüz azərbaycanlıdan hələ də xəbər olmadığı və Ermənistanın bu istiqamətdə məlumatları bölüşməkdən imtina etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

İran SQ-nin yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı Səfirliyini ziyarət edib

İran SQ-nin yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı Səfirliyini ziyarət edib

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu