Menyu

İsveçrədə silah ixracı qaydaları yumşaldılır

Operativ Media
İsveçrədə silah ixracı qaydaları yumşaldılır
1 dəq oxu

İsveçrə vətəndaşlarının 54,3 faizi ölkədə istehsal olunan silahların münaqişə zonalarına tədarükü və yenidən ixracı ilə bağlı məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan qanun dəyişikliyinə səs verib.

Operativ Media xəbər verir ki, bu barədə İsveçrə Konfederasiyasının prezidenti və iqtisadiyyat naziri Gi Parmelen məlumat verib.

O bildirib ki, referendumda seçici fəallığı 48 faiz təşkil edib. Səsvermənin yekun nəticələrinə əsasən, iştirakçıların 54,3 faizi parlamentin təklif etdiyi qanun dəyişikliyini dəstəkləyib.

Gi Parmelen qeyd edib ki, Federal Şura referendumun nəticəsindən məmnundur.

Qanun dəyişikliyi ölkənin neytrallıq siyasəti ilə əlaqədar silah tədarükü və yenidən ixracına tətbiq olunan sərt məhdudiyyətlərin əhəmiyyətli dərəcədə yumşaldılmasını nəzərdə tutur.

Əlaqəli Xəbərlər