Menyu

Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb

Operativ Media
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
1 dəq oxu

Liviya Tripolidə fəaliyyət göstərən Milli Birlik Hökumətinin Xarici İşlər Nazirliyi Ukraynanın Benqazi şəhərinə hücumu ilə əlaqədar ölkənin Kiyevdəki səfiri Usama Məhəmməd Əbu əl-Qasimi məsləhətləşmələr üçün geri çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə Liviya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Səfir müvəqqəti xarici işlər naziri Taher əl-Baur tərəfindən qəbul edilib. Görüşdə nazirliyin Avropa məsələləri departamentinin direktoru Əbu Bəkr ət-Tavil də iştirak edib.

Taher əl-Baur Ukrayna qüvvələrinin hərəkətlərinin Liviyanın suverenliyinə müdaxilə olduğunu bildirib. O, bu addımların beynəlxalq hüquqa, sazişlərə və normalara zidd olduğunu, həmçinin Liviyanın təhlükəsizliyinə, sabitliyinə və Ukrayna ilə münasibətlərinin inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 22-də Ukraynaya məxsus pilotsuz uçuş aparatları Liviyanın Benqazi limanına hücum edib. Liviyanın Prezident Şurasının sədr müavini Musa əl-Kuni Ukraynanın bu əməlini ölkəyə müharibə elan edilməsinə bərabər qiymətləndirib.

Ukrayna tərəfinin hücuma görə məsuliyyəti üzərinə götürdüyü bildirilib. Liviyanın Milli Ordusunun komandanlığının məlumatına görə, hücum nəticəsində Hərbi Dəniz Qüvvələrinin azı iki hərbçisi həlak olub.

Əlaqəli Xəbərlər