Ceyhun Bayramov və Ararat Mirzoyan müzakirələri davam etdirmək barədə razılığa gəliblər
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar aparılıb.
"Operativ Media" xəbər verir ki, görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutub.
Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.
Tərəflər həmçinin “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər.
Nazirlər fikir ayrılıqlarının olduğu mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net