http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Əlahiddə Ümumqoşun Orduya media-tur təşkil olunub

20 May 2023 , 10:41
Əlahiddə Ümumqoşun Orduya media-tur təşkil olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Günnüt əməliyyatının beşinci ildönümü ilə bağlı Əlahiddə Ümumqoşun Orduya media-tur təşkil olunub.

Səfər çərçivəsibdə media nümayəndələri azad edilmiş yüksəkliklərdə olub, Günnüt əməliyyatında iştirak etmiş hərbi qulluqçularla görüşüblər.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin başladığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi ordu quruculuğunun növbəti uğurlu mərhələsi olan Günnüt əməliyyatı Əlahiddə Ümumqoşun Orduda mövcud yüksək döyüş hazırlığının, peşəkarlığın real göstəricisidir. Vurğulanıb ki, qürurla qeyd etdiyimiz Aprel döyüşləri, Günnüt Zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsindəki Qələbəmiz və sonrakı uğurlu əməliyyatlar Azərbaycanda xalq-dövlət-ordu birliyinin real nümayişi və şanlı hərb tariximizin parlaq səhifələrindəndir.

Bildirilib ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub. Bu istiqamətlərdə bir neçə əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Əməliyyat nəticəsində 11.000 hektardan artıq ərazi azad edilib.

Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, Günnüt əməliyyatından xatirələrini media nümayəndələri ilə bölüşüblər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Günnüt əməliyyatına verdiyi yüksək qiymətin Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üçün qürur mənbəyi olduğunu xüsusi vurğulayıblar. Bildiriblər ki, bundan sonra da Vətənə, xalqa, Hərbi anda sonsuz sədaqətlə xidmət edəcəklər.

Daha sonra media nümayəndələri Əlahiddə Ümumqoşun Orduda döyüş hazırlığı tədbirlərini izləyib, eləcə də hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olublar.

Media-turun sonunda media nümayəndələri ƏÜO-nun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının beşinci ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyi "Qisas" əməliyyatından görüntülər yaydı - VİDEO

Müdafiə Nazirliyi "Qisas" əməliyyatından görüntülər yaydı - VİDEO

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Türkiyənin Baş Qərargah rəisi arasında görüş olub

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Türkiyənin Baş Qərargah rəisi arasında görüş olub

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu