https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 35 ° C

Özbəkistan nümayəndə heyəti Tibb İdarəsini ziyarət edib

24 May 2023 , 18:35
Özbəkistan nümayəndə heyəti Tibb İdarəsini ziyarət edib

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Tibb Təminatı İdarəsinin rəisi tibb xidməti polkovniki Nosirjon Fozilovun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.   

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qonaqları salamlayan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-mayor F.Nəbiyev nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, Vətən müharibəsi zamanı hərbi tibbi personalının səhra şəraitində və ekstremal vəziyyətlərdə fəaliyyəti barədə məlumat verib.

Görüşdə tərəflər hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Sonra özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir

XƏBƏR LENTİ
  • 17:25

    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
  • 17:07

    "Qalatasaray" Belçikadan hücumçu almaq istəyir
  • 17:01

    İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
  • 16:56

    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
  • 16:54

    Lənkəranda avtomobil yeniyetməni vurub
  • 16:46

    "Millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin nümunəsidir" – İsxak Hersoq
  • 16:46

    Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib
  • 16:45

    “Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”
Menyu