https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 35 ° C

Kərim Vəliyev Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub

25 May 2023 , 13:20
Kərim Vəliyev Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Xüsusi Xidmətlər Qrupu (SSG) diviziyasında olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

SSG diviziya komandiri general-mayor Adil Rəhmani nümayəndə heyətinə diviziyanın təyinatı və təlim prosesi haqqında ətraflı məlumat verib. Bildirilib ki, diviziyanın şəxsi heyəti xüsusi təyinatlılardan ibarətdir və əsasən əks-terror, mühüm hədəflərin aşkar edilməsi, girovların azad edilməsi, informasiya, psixoloji və bir sıra digər xüsusi əməliyyatlara cəlb olunur.

Sonra SSG-nin təlim ərazisi ilə tanışlıq keçirilib, diviziyanın sərəncamında olan silah və texnika, habelə digər hərbi təyinatlı vasitələr nümayəndə heyətinə nümayiş etdirilib. Sonda general-polkovnik K.Vəliyev SSG diviziyasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadov da iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir

XƏBƏR LENTİ
  • 17:25

    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
    Putin Moskvaya PUA hücumunu teror aktı adlandırıb
  • 17:07

    "Qalatasaray" Belçikadan hücumçu almaq istəyir
  • 17:01

    İsrail Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
  • 16:56

    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
    Heydər Əliyev İsraillə isti münasibətlərə zəmin yaradan Ulu Öndər idi - İsxak Hersoq
  • 16:54

    Lənkəranda avtomobil yeniyetməni vurub
  • 16:46

    "Millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin nümunəsidir" – İsxak Hersoq
  • 16:46

    Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib
  • 16:45

    “Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”
Menyu