“Qalatasaray”ın 23-cü dəfə Türkiyə çempionu olması İstanbulda izdihama səbəb olub.
"Operativ Media" xəbər verir ki, komandanın tərəfdarları küçələrə axışıb. Onlar sarı-qırmızılı bayraqlar və məşəllərlə qələbəni bayram ediblər. Avtomobil karvanları İstanbul yollarında rəngarəng görüntülər yaradıb. Bundan başqa Ankara, Adana, Trakya və digər şəhərlərdə də cimbom azarkeşləri izdiham yaradıb. Bakıda da qalatasaraylılar çempionluğu bayram edib.






