"Qarabağ"ın futbolçusu Kamilo Duran Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda İspaniyada “Atletik”ə uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, kolumbiyalı vinger bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
23 yaşlı cənubi amerikalı matçdan fotolarını paylaşıb və bunları yazıb:
“Bu, yalnız başlanğıcdır. Sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, “Atletik” - “Qarabağ” oyunu ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.






