"Qarabağ" "Qalatasaray"ı təbrik etdi

Əziz Əzizli
"Qarabağ" "Qalatasaray"ı təbrik etdi

"Qarabağ” “Qalatasaray”ı 23-cü dəfə Türkiyə çempionu olması münasibəti ilə təbrik edib.

"Operativ Media" xəbər verir ki, təbrik Ağdam təmsilçisinin rəsmi Tvitter hesabında paylaşılıb.

“Türkiyə çempionu olan qardaş “Qalatasaray” klubunu təbrik edirik” - deyə təbrik mətnində bildirilib.

Xatırladaq ki, “Qarabağ”la “Qalatasaray” mart ayında qardaşlaşmış klublar olduğunu açıqlayıblar. 

Əlavə edək ki, “Qalatasaray” dünən səfərdə “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gəldikdən sonra bu mövsüm çempionluğu rəsmiləşdirib.

Digər xəbərlər