"Şamaxı" klubunun 18 yaşlı futbolçusu Qurban Səfərov gələn mövsüm başqa klubda çıxış edə bilər.
"Operativ Media"nın əldə etdiyi məlumata görə Qurban Səfərovla Azərbaycan Premyer Liqasının 2 təmsilçisi - "Kəpəz" və "Sumqayıt" klubu maraqlanır.
2022/2023 mövsümününün son oyunlarını "Şamaxı"nın əvəzedici heyətində keçirən Qurban Səfərov saytımıza açıqlamasında "Rəsmi razılıq əldə olunduğu halda məlumat verə biləcəyini" bildirdi.






