06 İyun 2023, 13:17
Zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub
Zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub şəkil
Zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub

 

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoloq” hərbi uçot ixtisası tədris qrupunun dinləyiciləri ilə keçirilən zabit heyətinin təkmilləşdirmə kursunun növbəti buraxılışı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, psixoloqların nəzəri bilikləri, ixtisas və fiziki hazırlıqlarının yoxlanılması məqsədilə yekun imtahan keçirilib.

Nəticələrə əsasən, kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, keçirilən kursun əsas məqsədi hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəxsi heyətin psixoloji vəziyyətinin qiymətləndirilməsi,eləcə də hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi zamanı onların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.

Son xəbərlər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb