Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub
Nərmin Qocamanlı
İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar daxil olmaqla iriçaplı silahlardan və atəşə tutub.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net