Menyu

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Nərmin Qocamanlı
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür

Teqlər:

"Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub"

Əlaqəli Xəbərlər