Azərbaycan millisi Estoniya ilə sülhə razılaşdı

Əziz Əzizli
Azərbaycan millisi Estoniya ilə sülhə razılaşdı

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Estoniya yığmasını qəbul edib. "Dalğa Arena"da keçirilən görüş saat 20:00-da start götürüb. Hərəyə bir qol vuran millilər 1-1 hesablı bərabərliyə razılaşıblar. Azərbaycan millisinin qolunu Anton Krivatsyuk vurub.

Azərbaycan millisi qrupdakı ilk iki görüşündə uduzmuş, estonlar isə bir oyun keçirib və məğlub olmuşdu.

Avro-2024

Seçmə mərhələ, III tur

F qrupu

17 iyun

20:00 Azərbaycan - Estoniya 1:1

Qol: A.Krivotsyuk, 62 - R.Sapinnen, 27

Baş hakim: Andrey Berka (Çexiya)

Xal durumu: Avstriya - 6, Belçika - 3, İsveç - 3, Estoniya - 1, Azərbaycan - 1.

Digər xəbərlər