Somalinin milli aviadaşıyıcısı 33 illik fasilədən sonra uçuşları bərpa edəcək.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və mülki aviasiya naziri Məhəmməd Fərəh Nuh bildirib.
O bildirib ki, "Somali Airlines" bu ilin sonuna qədər rəsmi olaraq fəaliyyətini bərpa edəcək".
Nazir əlavə edib ki, hökumət "qonşularının standartlarına uyğunlaşmağa" çalışmaq üçün ölkədə 15 hava limanını təmir edir. Bəzi layihələr artıq həyata keçirilmə mərhələsindədir.






