19 İyun 2023, 11:47
Raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub
Raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub şəkil
Raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib.

Daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə tapşırıqları yerinə yetiriblər.

Təlimdə bölmələr reaktiv yaylım atəşi sistemlərindən döyüş atışları icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.

Son xəbərlər
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb