Müdafiə Nazirliyi Ermənistan tərəfinin məlumatını təkzib edib
Redaksiya
İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.
Teqlər:
"Müdafiə Nazirliyi Ermənistan tərəfinin məlumatını təkzib edib"