27 İyun 2023, 21:06
Atəşkəsin pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb
Atəşkəsin pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb şəkil
Atəşkəsin pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb

İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən bildirilib.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Son xəbərlər
Zelenski: Sülhün qorunması üçün 100 min sülhməramlıya ehtiyac var
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib