29 İyun 2023, 19:43
Erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalıdakı mövqelərini atəşə tutub
Erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalıdakı mövqelərini atəşə tutub şəkil
Erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalıdakı mövqelərini atəşə tutub

İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Son xəbərlər
Zelenski Avropa və ABŞ Kiyevi tərk etməmək şərti ilə Putinlə danışıqlara hazır olduğunu bildirib
Azərbaycan PL: "Sabah" "Turan Tovuz"u məğlub etdi
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib