Menyu

MN: Qurban bayramında şəhidlərimizin xatirəsi anılıb

Redaksiya
MN: Qurban bayramında şəhidlərimizin xatirəsi anılıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub, onların ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib.

"Operativ Media" xəbər verir ki, keçirilən görüşlərdə şəhid ailələri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanıldığı qeyd olunub, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim edilib.

Şəhid ailələri və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimiz onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirlər çərçivəsində, həmçinin hərbi qulluqçular tərəfindən uşaq evləri ziyarət edilib, uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər