http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

NATO-nun ekspert heyəti Bakıya səfər edib

05 İyul 2023 , 18:03
NATO-nun ekspert heyəti Bakıya səfər edib

2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıya səfər edən NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Milli Müdafiə Universitetini ziyarət edib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qonaqları salamlayan Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan-NATO əlaqələrinin bundan sonra da hər iki tərəf üçün faydalı olacağına və səmərəli görüşlərin davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib. General-mayor S.Fiks isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Azərbaycan Ordusunda aparılan islahatların xüsusilə hərbi təhsil sahəsində öz nəticəsini göstərdiyini qeyd edib.

Alyansın ekspert qrupuna universitetin tarixi, strukturu, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonra qonaqlar N hərbi hissəsini ziyarət edib. Nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb. Qonaqlara NATO proqramları çərçivəsində hərbi hissənin iştirak etdiyi beynəlxalq əməliyyatlara və təlimlərə dair brifinq təqdim olunub. Hərbi hissənin iclas zalında keçirilən görüşdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov cari il ərzində həyata keçirilmiş və qarşıda duran fəaliyyətlər planı haqqında qonaqları məlumatlandırıb. Sonda cari il üçün planlaşdırılan tədbirlər təhlil edilib və yeni əməkdaşlıq sahələri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XƏBƏR LENTİ
  • 09:48

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
Menyu