Qobustanda avtomobil qəzası olub, 2 nəfər ölüb - YENİLƏNİB

admin
Qobustanda avtomobil qəzası olub, 2 nəfər ölüb - YENİLƏNİB

Qobustanda ölümlə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır. 

*** 11/07/2023/ 23:10

Qobustan rayonunun Cəngi kəndində avtomobil qəzası baş verib.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən hadisədə iki nəfər dünyasını dəyişib iki nəfər ağır yaralanıb.

Digər xəbərlər