11 İyul 2023, 22:31
Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb
Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb şəkil
Ermənilərin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

İyulun 11-i saat 19:00-dan 19:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə "Operativ Media"a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa, saat 21:15-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər
Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Fikrət Əliyev: Bu gün Azərbaycan Afrika dövlətlərinin yanında olmaqla, onlara siyasi, iqtisadi və sosial dəstək göstərir
Sabah İmişlidə 4 400 abonentin qaz təchizatı dayandırılacaq
Ötən ay Dövlət Əmək Müfəttişliyi Xidməti 1400-dən çox vətəndaş müraciətini cavablandırıb
Azərbaycanlı futbolçuların komandasına yeni baş məşqçi təyin olunub
Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək
Bakıda növbəti “Kənddən şəhərə” yarmarkası keçiriləcək
COP29-un İT departamentinin təmsilçiləri nüfuzlu “Cisco” şirkətinin mükafatına layiq görülüblər