12 İyul 2023, 10:12
Milli Müdafiə Universitetinin rəhbər heyəti Türkiyədə səfərdədir
Milli Müdafiə Universitetinin rəhbər heyəti Türkiyədə səfərdədir şəkil
Milli Müdafiə Universitetinin rəhbər heyəti Türkiyədə səfərdədir

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş Türkiyə Respublikasına səfər edib.

Səfər çərçivəsində general-leytenant H.Piriyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.

Milli Müdafiə Universitetinin rektoru xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi qeyd olunub. Birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Milli Müdafiə Universitetində və tabeliyindəki təhsil müəssisələrində də olub. Qonaqlara tədris müəssisələrinin yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Son xəbərlər
Somali Nazirlər Şurası Azərbaycanla əməkdaşlıq sazişlərini təsdiqləyib
İtaliya Qəzzaya 15 ton humanitar yardım göndərib
"Liverpul" İngiltərə Liqa Kubokunda finala yüksəlib
Tramp BCM-nin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib
Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür