12 İyul 2023, 19:10
Ermənistan silahlı qüvvələri Laçın və Kəlbəcəri atəşə tutub
Ermənistan silahlı qüvvələri Laçın və Kəlbəcəri atəşə tutub şəkil
Ermənistan silahlı qüvvələri Laçın və Kəlbəcəri atəşə tutub

İyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər
Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb
UEFA Azərbaycan klublarına ödəniş etdi
Bakıda bəzi yollarda sıxlıq var
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi