Azərbaycanla "ACWA Power"arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Nərmin Qocamanlı
Azərbaycanla "ACWA Power"arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanla Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.

Belə ki, nazir "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Əbunəyyan ilə videoformatda görüş keçirib.

Onun sözlərinə görə, görüş zamanı "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Əbunəyyan ilə şirkətin ölkəmizlə birlikdə yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirə aparılıb.

Nərmin Qocamanova

Digər xəbərlər