Ukraynanın Krım yarımadasındakı hədəflərə pilotsuz uçuş aparatları (PUA) ilə 17 hücumunun qarşısı alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Nazirliyi məlumat yayıb.
Məlumata görə, 14 Ukrayna PUA-sı elektron döyüş vasitələri ilə ələ keçirilib. Bunlardan 11-i Qara dənizə, 3-ü isə Krım torpaqlarına düşüb. Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemləri daha 3 Ukrayna PUA-nı məhv edib.
Hücum nəticəsində itkinin olmadığı bildirilib.
Gözəl Həşimova
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma