"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibi bəlli oldu

Əziz Əzizli
"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibi bəlli oldu

"Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Operativ Media"nın məlumatına görə, “köhlən atlar” Çempionlar Liqasının II raundunda Polşanın “Rakuv” komandasına uduzacağı təqdirdə, mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

Ağdam təmsilçisi bu turda HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə görüşəcək. İlk matç Bakıda keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. 

Digər xəbərlər