"Bank of Baku"nun xalis mənfəəti azalıb

admin
"Bank of Baku"nun xalis mənfəəti azalıb

"Bank of Baku" ASC 2023-cü ilin I yarımilində 17,04 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,9% azdır. Bank 2022-ci ilin ilk yarısında isə 18,5 milyon manat xalis mənfəət açıqlamışdı.

"Operativ Media" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 35,8% artaraq 61,2 mln. manat təşkil edib. Bankın faiz xərcləri 2 dəfə artaraq 18,6 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 42,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18,9% çoxdur. Bankın qeyri-faiz gəliri 14,7% azalaraq 5,2 mln. manat, qeyri-faiz xərcləri isə 25,4% artaraq 31,5 mln. manat təşkil edib. Bu dövrdə Bankın əməliyyat mənfəəti 16,2 milyon manata bərabər olub ki, bu da bir il əvvələ nisbətən 3% azdır. 2022-ci ilin ilk yarısında bu rəqəm 16,7 milyon manat təşkil edib.

1 iyul 2022-ci il tarixinə bankın cəmi aktivləri 13,3% artaraq 794,4 milyon manata yüksəlib, o cümlədən kredit portfeli 8,1% artaraq 514,5 milyon manata çatıb. "Bank of Baku"nun öhdəlikləri isə 14,8% artaraq 664,03 milyon manata bərabər olub, o cümlədən depozit portfeli 20,5% artaraq 440,3 milyon manata yüksəlib.

Bu ilin birinci yarısında bank cəmi kapitalını 6,1% milyon manat artıraraq 130,4 milyon manata çatdırıb.

Digər xəbərlər