"Microsoft" və "Alphabet"in gəlirləri artıb

Gozel Həşimova
"Microsoft" və "Alphabet"in gəlirləri artıb

ABŞ-ın texnologiya şirkətləri "Microsoft"un bu ilin ikinci rübündə gəlirləri artıb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Microsoft" balans hesabatını açıqlayıb.

Hesabat dövründə şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 56,2 milyard dollara çatıb. "Microsoft" ötən ilin eyni dövründə 51,9 milyard dollar gəlir əldə edib. Bu ilin aprel-iyun aylarında şirkətin xalis mənfəəti 20% artaraq 20,1 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 16,7 milyard dollar təşkil edib.

"Google"un ana şirkəti olan "Alphabet" də bu ilin ikinci rübü üçün balans hesabatını açıqlayıb.

"Alphabet"in bu ilin ikinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 74,6 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 69,7 milyard dollar gəlir əldə edib. Şirkətin xalis mənfəəti isə ikinci rübdə 15% artaraq 18,4 milyard dollara çatıb. “Alphabet” ötən ilin ikinci rübündə 16 milyard dollar xalis mənfəət əldə edib.

 

Gözəl Həşimova

Digər xəbərlər