26 İyul 2023, 19:13
Azərbaycan və Nigeriya rəsmiləri hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib (FOTO)
Azərbaycan və Nigeriya rəsmiləri hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib (FOTO) şəkil
Azərbaycan və Nigeriya rəsmiləri hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib (FOTO)

Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib.

Bu barədə "Operativ Media"ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin ikinci günündə müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriyanın müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha sonra “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyə Respublikası Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər. Stend ziyarəti zamanı nazir müavini Vüqar Mustafayev və müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov qonaqlarla görüşüblər.

Görüşdə mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Sonda Selçuk Bayraktara hədiyyə təqdim edilib.

Son xəbərlər
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib
Bolqarıstan 2026-cı ildən avroya keçir
Gədəbəydə qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Pakistan XİN Azərbaycana təşəkkür edib - YENİLƏNİB
ABŞ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir