"Özəl pensiya fondlarının yaradılması ilə bağlı proses gedir"

Gozel Həşimova
"Özəl pensiya fondlarının yaradılması ilə bağlı proses gedir"

Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

DSMF sədri bildirib ki, bu sahədə investisiyalar uzunmüddətli hesablandığından bu məsələ həssas mövzudur: "Ona görə də bu sahədə müvafiq bazada tənzimlənmə aparılmalıdır. Qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Yekunda müvafiq sənədlər Milli Məclisə göndəriləcək".

Digər xəbərlər