"Ukrayna Silahlı Qüvvələrinin bütün əks-hücum cəhdləri dayandırılıb"
Gozel Həşimova
"Ukrayna Silahlı Qüvvələri son günlər hərbi əməliyyatların intensivləşdiyi Zaporojye istiqamətində əks-hücum cəhdində uğur qazana bilməyib".
“Operativ Media” "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ukrayna hərbçiləri qəzalı texnikanı, yaralıları və ölənlərin cəsədlərini götürməyə çalışsalar da, Rusiya qoşunları tərəfindən darmadağın ediliblər. Düşmənin bütün əks-hücum cəhdləri dayandırılıb və onlar ağır itkilərlə geri çəkiliblər", - deyə Putin vurğulayıb.
Gözəl Həşimova
Teqlər:
"\"Ukrayna Silahlı Qüvvələrinin bütün əks-hücum cəhdləri dayandırılıb\""