http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Müdafiə Sənayesi Nazirliyi ilə "TUSAŞ" arasında Niyyət Protokolu imzalanıb

27 İyul 2023 , 19:39
Müdafiə Sənayesi Nazirliyi ilə "TUSAŞ" arasında Niyyət Protokolu imzalanıb

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin üçüncü günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir Mədət Quliyev Haluk Görgünü yeni təyinatı münasibəti ilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı iki qardaş ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx davam etdirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

“İDEF - 2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində gələcəkdə milli döyüş təyyarələrinin istehsalı sahəsində həyata keçirilməsi planlaşdırılan birgə layihələrdə yer alacaq mühəndis texniki personalın hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında Niyyət Protokolu imzalanıb.

İmzalanma mərasimində Azərbaycan Respublikası müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Makina və Kimya Endüstrisi şirkəti arasında əməkdaşlıq protokolu da imzalanıb.

Müqaviləni Azərbaycan tərəfindən müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev, Türkiyə tərəfindən isə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi imzalayıblar.

OXŞAR XƏBƏRLƏR
Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
  • 14:46

    Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
Menyu