Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, iki nəfər xəsarət alıb
Ermənistan Müdafiə Nazirliyinə məxsus “UAZ” markalı avtomobilin iştirakı ilə baş verən qəzada iki hərbçi xəsarət alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Armenia”ya bildirib.
Məlumata əsasən, qəza bu gün Kotayk rayonunda baş verib. Avtomobil yoldan çıxaraq yol kənarındakı bəndə çırpılıb və aşıb.
Yaralı hərbçilər Muratsan hərbi hospitalına yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.
Həmçinin əlavə olunub ki, faktla bağlı cinayət işi açılıb, hadisənin başvermə səbəbləri, sürücünün və zərərçəkənlərin şəxsiyyəti müəyyənləşdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net