29 İyul 2023, 11:40
Müdafiə naziri hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı göstərişlər verib
Müdafiə naziri hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı göstərişlər verib şəkil
Müdafiə naziri hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı göstərişlər verib

İyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media" ya verilən xəbərə görə, nazir Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.

Son xəbərlər
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib
Bolqarıstan 2026-cı ildən avroya keçir
Gədəbəydə qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB