http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

DİM gizir hazırlıq kursuna qəbul imtahanları keçiriləcək

30 İyul 2023 , 08:58
DİM gizir hazırlıq kursuna qəbul imtahanları keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna (orta ixtisas təhsili pilləsi üzrə) qəbul imtahanları keçirir.

DİM-dən "Operativ Media"ya bildirilib ki, Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində, digər imtahan isə Bakıda təşkil olunacaq. Hərbi liseylərə qəbul imtahanında 1118, gizir hazırlıq kursuna qəbul imtahanında isə 118 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 120 nəzarətçi-müəllim və 12 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib. İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini sənədləri gətirməlidirlər.

Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

OXŞAR XƏBƏRLƏR
Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

XƏBƏR LENTİ
  • 15:39

    Rəşad Nəbiyev “Dubai Port World” şirkətinin baş icraçı direktoru ilə görüşüb
  • 15:35

    “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək
  • 15:25

    "Liverpul"un sabiq futbolçusu Yunanıstan klubuna keçdi
  • 15:04

    Bakı hava limanı Karbon Akkreditasiyası proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub
  • 15:00

    “Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?
  • 14:52

    Qəzzada son sutkada 20 nəfər həlak olub
  • 14:46

    ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
  • 14:43

    Paşinyan Gürcüstanın Baş naziri ilə görüşüb
Menyu