30 İyul 2023, 17:35
Özbəkistan-Azərbaycan birgə təliminin təntənəli açılış mərasimi keçirilib (FOTO)
Özbəkistan-Azərbaycan birgə təliminin təntənəli açılış mərasimi keçirilib (FOTO) şəkil
Özbəkistan-Azərbaycan birgə təliminin təntənəli açılış mərasimi keçirilib (FOTO)

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.

Bu barədə "Operativ Media"ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğundan danışıb , təlim iştirakçılarına uğurlar arzulayıblar.

Çıxışlar zamanı, həmçinin ilk dəfə təşkil edilən kompüter dəstəkli birgə təlimin ordularımız arasında mövcud ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Qeyd edilib ki, “UZAZ-2023” təlimi hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsi aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir.

Mərasimin sonunda təlim iştirakçılarının təntənəli keçidi olub.

Son xəbərlər
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq