31 İyul 2023, 10:03
Heydər Əliyev adına Hərbi İnstitutun kursantları düşərgə toplanışına cəlb olunub
Heydər Əliyev adına Hərbi İnstitutun kursantları düşərgə toplanışına cəlb olunub şəkil
Heydər Əliyev adına Hərbi İnstitutun kursantları düşərgə toplanışına cəlb olunub

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq kursantlar çöl şəraitində keçirilən düşərgə toplanışına cəlb olunub.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissənin ərazisində keçirilən toplanışda kursantların müxtəlif mövzular üzrə intensiv hazırlığı həyata keçirilir.

Kursantlar günün nizam qaydalarına uyğun olaraq keçirilən məşğələlərdə nəzəri və praktiki vərdişlər qazanır, fiziki və sıra hazırlığı üzrə tədbirlərdə fəal iştirak edirlər.

Poliqonda keçirilən atış çalışmalarının yerinə yetirilməsi zamanı müxtəlif silahlardan istifadə vərdişləri təkmilləşdirilir, eləcə də “döyüş meydanında” hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi və digər tapşırıqlar praktiki yerinə yetirilir.

Bundan başqa, komando hazırlığı proqramı çərçivəsində dağ hazırlığı təlimlərində iştirak edən kursantlar döyüş vərdişlərini daha da təkmilləşdirirlər.

Son xəbərlər
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb
UEFA Azərbaycan klublarına ödəniş etdi
Bakıda bəzi yollarda sıxlıq var
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi
Əfv Komissiyasının iclası keçirilib - YENİLƏNİB