31 İyul 2023, 10:22
Hərbi xidmətə iyul çağırışı başa çatıb
Hərbi xidmətə iyul çağırışı başa çatıb şəkil
Hərbi xidmətə iyul çağırışı başa çatıb

Prezident İlham Əliyevin 20 may 2023-cü ildə imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Bu barədə "Operativ Media"ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidməti tərəfindən Sərəncamın icrası təmin edilib və aprel ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayıb.

Son xəbərlər
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Rəsmi Moskva: Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb
MSK bələdiyyə seçkilərinin nəticələrini elan edib - YENİLƏNİB
Azərbaycan PL-də 23-cü turun hakim təyinatları açıqlandı
Fevralın sonlarına yaxın Bakıya və Abşeron yarımadasına qar yağacağı gözlənilir
Papa Fransisk xəstəxanaya qaldırılıb
İsrail 369 fələstinli məhbusu azad edəcək