31 İyul 2023, 15:11
Qarabağın "düyünləri" açılır - ŞƏRH
Qarabağın "düyünləri" açılır - ŞƏRH şəkil
Qarabağın "düyünləri" açılır - ŞƏRH

1-ci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan əraziləri Ermənistanın işğalı altına düşəndən sonra uzun illər atəşkəsin olması, danışıqlar prosesinin 30 ilə yaxın çəkməsi insanlarda belə bir fikir yaratmışdı: bu məsələ çətin ki, həll olunsun. Bu fikirlər 2020-ci ildə əhəmiyyətsiz oldu. 2-ci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarını işaldan azad etdi.

1-ci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı xüsusi amansızlıq göstərmiş şəxslər barəsində bəzən belə fikirlər səslənirdi ki, o vaxtdan nə qədər müddət keçib, həmin şəxsləri tapmaq çətindir.  Çətin işi reallaşdırmaq mümkün oldu. 32 il əvvəl Xocalıda cinayət törətmiş Vaqif Xaçaturyan həbs edildi.

Bu bənzətmələr onu göstərir ki, Azərbaycan dövləti tarixində baş vermiş hər bir qara səhifəyə görə hesab tələb edir, bunun üçün hazırlıq görür və sonda milli maraqlara uyğun olaraq məsləni həll edir.

Məsələnin digər tərəfi odur ki, erməni cinayətlərinin bir qolu olan Vaqif Xaçaturyanın tutulması digər erməni cinayət qollarına çıxış imkanı yaradacaq. Onların da cinayət məsuliyyətinə cəlb olunmasına imkan yaradacaq. Qarabağda, indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı müharibə, hərbi, etnik təmizləmə, işgəncə cinayətləri törətmiş şəxslərin əksəriyyətinin şəxsiyyəti bəllidir. Qarabağla bağlı heç bir düyün bağlı qalmayacaq!

Samir Cabbarov - Operativ Media

Son xəbərlər
Fransanın keçmiş baş naziri saxlanılıb
Zelenski: Sülhün qorunması üçün 100 min sülhməramlıya ehtiyac var
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək