31 İyul 2023, 16:40
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb şəkil
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlara, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin təlim-tədris prosesi davam etdirilir.

"Operativ Media" xəbər verir ki, 2023-cü ilin  hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələbləri şəxsi heyətə çatdırılıb. Yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığının, keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Keçiriləcək dərslərdə əsas diqqət komandirlərin çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.

Son xəbərlər
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
SOCAR: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb