08 Avqust 2023, 12:36
Hərbi qulluqçularla maarifləndirici seminar keçirilib
Hərbi qulluqçularla maarifləndirici seminar keçirilib şəkil
Hərbi qulluqçularla maarifləndirici seminar keçirilib

Müdafiə Nazirliyinin digər dövlət qurumları ilə birgə təsdiq edilmiş planlara əsasən keçirilən maarifləndirici tədbirlər davam edir. 

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin tabeliyindəki N hərbi hissəsində hərbi qulluqçular ilə seminar keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daxili İşlər Nazirliyi, rayon icra hakimiyyəti və prokurorluq nümayəndələri, həkim-mütəxəssislər, eləcə də hərbi qulluqçuların iştirak etdiyi seminarda Azərbaycanın dövlət siyasətinin vacib istiqamətlərindən biri olan, sağlam nəslin formalaşmasında həyata keçirilən tədbirlərdən, cəmiyyət arasında gənclərin zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınmasında görülən işlərdən danışılıb.

Həmçinin hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və lazımi tövsiyələr verilib.

Son xəbərlər
Fransanın keçmiş baş naziri saxlanılıb
Zelenski: Sülhün qorunması üçün 100 min sülhməramlıya ehtiyac var
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək