http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunur

09 Avqust 2023 , 16:46
Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunur

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün imkanlar yaradılıb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, yüksək döyüş hazırlığı, nizam-intizam və sağlam mənəvi-psixoloji mühitin yaradılması bölmələrin qarşısında qoyulan ilkin tələblərdən biridir. Hərbi hissələrdə mövcud sosial-məişət şəraiti şəxsi heyətin nəzəri-praktiki biliklərinin artırılması, döyüş növbətçiliyinin tələblərə uyğun aparılması və mədəni-asudə vaxtının səmərəli təşkili üçün zəmin yaradır.

Azad edilmiş ərazilərimizdə yerləşən bölmələrdə qoşun xidmətinin təşkili günün nizam qaydalarına uyğun olaraq davam etdirilir. Hərbi qulluqçularla nəzəri və praktiki məşğələlər keçirilir, bununla yanaşı döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, mövqelərdə ayıq-sayıqlığın yüksək səviyyədə olmasının vacibliyi xüsusi qeyd edilir.

Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığını onun yüksək mənəvi-psixoloji hazırlığı tamamlayır. Bu baxımdan hərbi qulluqçularla mütəmadi olaraq ictimai-siyasi hazırlıq üzrə məşğələlər keçirilir, ölkəmizdə və dünyada baş verən hadisələr haqqında məlumat verilir, onların dünyagörüşünün formalaşdırılmasına diqqət yetirilir.

OXŞAR XƏBƏRLƏR
Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident neft sənayesi işçilərini təltif edib

Prezident neft sənayesi işçilərini təltif edib

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu