11 Avqust 2023, 16:03
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb şəkil
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüşüb

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, 2023-cü il üçün imzalanan birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri hərbi hissələrdə şəxsi heyətlə görüşüb, söhbətlər aparıblar. Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıblar. Daha sonra şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub